Keçmiş nazir prezidentliyə namizəd oldu

İqtisad elmləri doktoru, professor Fikrət Yusifov prezidentliyə namizədliyini irəli sürüb.
Axar.az xəbər verir ki, bu barədə Musavat.com-a F.Yusifov özü məlumat verib.
Qeyd edək ki, bununla da fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisinə namizədlərin sayı 8-ə çatıb.
Xatırladaq ki, F.Yusifov Azərbaycanın keçmiş maliyyə naziridir.