Aİ səfiri Azərbaycanı təbrik edib

"2026-cı ildə Bakının 13-cü Ümumdünya Şəhər Forumuna ev sahibliyi etməsi münasibətilə Azərbaycanı təbrik edirik!"
Bunu Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko "X" hesabında paylaşıb.
"Bu gözəl şəhər UN-HABITAT tərəfindən irəli sürülən qlobal miqyasda şəhərsalma siyasətinin mərkəzinə çevriləcək. Uğurlar arzulayıram!", - paylaşımda qeyd olunub.