Zelenskiyə dedim, 18 ədəd F-16 təyyarəsi hazırlanır - Rütte

Niderland Ukrayna üçün 18 ədəd F-16 qırıcı təyyarəsi hazırlayacaq.

Axar.az xəbər verir ki, Niderlandın Baş naziri Mark Rütte bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığından sonra bildirib.

“Niderland hökumətinin qərarı ilə bağlı Ukrayna Prezidenti Vladimir Zelenskini məlumatlandırdım. Kiyevə 18 ədəd F-16 qırıcı təyyarəsinin tədarükü Ukraynaya hərbi dəstək haqqında sazişlərimizin ən mühüm elementlərindən biridir”, - Rütte qeyd edib.