İran və Misir prezidentləri Qəzzadakı vəziyyəti müzakirə ediblər

İran Prezidenti İbrahim Rəisi misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə telefonla danışıb.
“Report” xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.
İ.Rəisi həmkarını yenidən prezident seçilməsi münasibətilə təbrik edib.
Dövlət başçıları ikitərəfli münasibətlərin inkişafını və Qəzzada baş verən son hadisələri müzakirə ediblər.