Fərid Şəfiyev: Xarici nəşrlərdə məqalələr çap etdirməklə bağlı bəzi qərəzli mövqeləri gördük

"Xarici nəşrlərdə məqalələr çap etdirmək çox çətinləşib. Biz bu il bəzi qərəzli mövqeləri gördük".

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə heyətinin sədri Fərid Şəfiyev BMTM-in 2023-cü il üzrə fəaliyyətinə dair mətbuat konfransında deyib.

O bildirib ki, BMTM-nin əməkdaşlıq etdiyi bəzi qurumlar məqalələri dərc etməkdən imtina edib və səbəb də göstərməyiblər.

"Buna baxmayaraq, 2023-cü ildə xarici nəşrlərdə 130-a yazın məqalə dərc olunub" - deyə o qeyd edib.