BMTM sədri: Ermənistan Azərbaycana qarşı media vasitəsilə müharibə aparır

“Ermənistan hökumətinin bizə qarşı ikitərəfli siyasətini həmişə müşahidə etmişik. May ayında Paşinyan demişdi ki, Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını tanıyır, amma sentyabrda qondarma rejimin "prezident"inə məktub göndərdi”.

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev BMTM-nin 2023-cü il üzrə fəaliyyətinə dair mətbuat konfransında deyib.

O bildirib ki, indi də Ermənistan Azərbaycana qarşı media vasitəsilə müharibə aparır.

“Bunun müəyyən hissəsi diasporunun üzərinə düşür. Düzdür, diaspor ilə Ermənistan hökuməti arasında fikir ayrılığı var. Amma Ermənistan hökumətinin də burada müəyyən payı var”.