BMTM sədri: Ermənistanın Təbrizdə Baş konsulluğunun açılması bizim üçün bir mesajdır

“Ermənistanın Təbrizdə Baş konsulluğunun açılması siyasi bir addımdır. Bu, bizim üçün müəyyən mesajdır”.
Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə heyətinin sədri Fərid Şəfiyev BMTM-nin 2023-cü il üzrə fəaliyyətinə dair mətbuat konfransında deyib.
Fərid Şəfiyev bu qərarın İranda yaşayan azərbaycanlılar üçün hansısa problem yaradacağını düşünmür.

O qeyd edib ki, İran suveren bir ölkə kimi Ermənistanla hansısa münasibətlər qura bilər: “Biz illərdir Təbrizdə mədəni mərkəz yaratmaq istəyirik, bu məsələ həll olunmur, lakin necə olursa, Ermənistanın təklifləri tez bir zamanda həllini tapır”.