BMTM: Ola bilsin ki, anklavlar məsələsi delimitasiya çərçivəsində həll olunacaq

"Ermənistanla bəzi anklav məsələləri də ortada var. Ola bilsin ki, anklavlar məsələsi delimitasiya çərçivəsində həll olunacaq".
Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə heyətinin sədri Fərid Şəfiyev BMTM-in 2023-cü il üzrə fəaliyyətinə dair mətbuat konfransında deyib.
"Bizim 8 anklavımız işğal altındadır. Anklav məsələsinin həll edilməməsinin səbəbkarı yenə Ermənistandır. Vaxtilə anklav məsələsi qaldırılanda ermənilər dedilər ki, 1960 və ya 1980-ci illərdə guya bəzi ərazilər qeyri-qanuni səviyyədə Azərbaycana verilib və ona görə tanımırlar. 1929-cu ildə də Naxçıvanın bəzi kəndləri Ermənistana verilib. O zaman niyə 1960-cı illərdəki proseslərə baxılır, ondan əvvəllkilərə baxılmır?" - BMTM sədri qeyd edib.

O bildirib ki, növbəti ildə BMTM-in faliyyətində bir sıra prioritetlər var:

"Nəqliyyat, orta dəhliz və logistika bizim diqqət mərkəzində olacaq. Eyni zamanda Cənubi Qafqaz, Yaxın Şərq əlaqələri, Türk Dövlətləri Təşkilatı ilə münasibətlər ön planda olacaq.