Ceyhun Bayramov: Beynəlxalq müstəvidə anti-Azərbaycan təşəbbüslərinin qarşısı alınıb

Ermənistan və havadarları tərəfindən aparılan qarayaxma kampaniyaları ilə mübarizə istiqamətində ardıcıl, sistemli və qətiyyətli xarici siyasət həyata keçirilib.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekununa dair hesabat brifinqində çıxışı zamanı deyib.
“Prezident İlham Əliyevin rəhbərliyi ilə görülmüş məqsədyönlü işlər nəticəsində Aİ, Beynəlxalq Məhkəmə, BMT TŞ və digər bu kimi beynəlxalq müstəvidə anti-Azərbaycan təşəbbüslərinin qarşısı alınıb”, - nazir deyib.
O qeyd edib ki, 2023-cü ildə Azərbaycan və Ermənistan rəhbərləri arasında ümumilikdə 4 rəsmi, 1 qeyri-rəsmi görüş baş tutub. Eləcə də Ermənistan və Azərbaycan XİN rəhbərlərinin bu il ərzində 4 rəsmi, 1 qeyri-rəsmi görüş keçirilib.