Nazir: XİN prezident seçkiləri ilə bağlı üzərinə düşən işləri görməyə başlayıb

XİN növbədənkənar prezident seçkiləri ilə bağlı öz üzərinə düşən işləri görməyə başlayıb.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekununa dair hesabat brifinqində çıxışı zamanı deyib.
“Xaricdə yaşayan azərbaycanlıların öz seçki hüquqlarından istifadə etməsi üçün səfirliklər fəaliyyətə başlayıb və azərbaycanlılarına öz seçki hüququnun icrası üçün lazımi şərait yaradılıb. Seçkilər üçün beynəlxalq təşkilatların monitorinq qruplarının gəlməsi üçün biz beynəlxalq təşkilatlarla işləyirik. Artıq ilk qruplar gəlib”, - nazir qeyd edib.