Ceyhun Bayramov: Azərbaycan-Fransa münasibətlərinin mövcud durumu ən aşağı nöqtədədir

Azərbaycan-Fransa münasibətlərinin mövcud durumu ən aşağı nöqtədədir. Bu faktdır.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekununa dair hesabat brifinqində çıxışı zamanı deyib.

“Bunun səbəkarı Azərbaycan deyil. Azərbaycan Fransaya qarşı hər hansısa addımlar atmaq niyyətində olmayıb”, - nazir deyib.
Nazir deyib ki, Fransa hər zaman ermənipərəsət olub.
“Buna baxmayaraq, Azərbaycanın razılığı ilə Fransa Azərbaycan-Ermənistan münaqişəsində vasitəçi olub. Bu illər ərzində Fransa özünün ermənipərəsət mövqeyini gizlədib. Bu, 2020-ci ilə qədər oldu. Azərbaycanın 44 günlük müharibədəki zəfərindən sonra artıq Fransa bu mövqeyi gizlədə bilməyib, daha da irəli gedərək anti-Azərbaycan mövqeyinə çevrilib”, - nazir deyib.
Ceyhun Bayramov bildirib ki, Fransa Azərbaycan və Cənubi Qafqazla bağlı siyasətinə yenidən və ciddi şəkildə baxarsa, onda gələcək üçün hər hansısa bir rəylər vermək mümkündür.
“Bir çox təşəbbüslərin müəllifi artıq Ermənistan deyil, Fransanın özüdür. Hansı ki Azərbaycana qarşı Fransa Təhlüksizlik Şurasında saysız-hesabsız təşəbbüslər irəli sürülüb”, - nazir vurğulayıb.