XİN rəhbəri: Gərginliyin səbəbi Fransanın Azərbaycana qarşı qərəzli mövqeyidir

Fransa tərəfindən atılan bu əsassız addım sözügedən ölkə tərəfindən Azərbaycan və Fransa arasında mövcud ikitərəfli münasibətlərə vurulan növbəti zərbədir.
Bu barədə xarici işlər naziri Ceyhun Bayramov Fransa Respublikası tərəfindən “persona non grata” elan edilmiş Azərbaycan Respublikasının Fransadakı Səfirliyinin əməkdaşlarını qəbul edərkən deyib.
İkitərəfli münasibətlərdə hökm sürən gərginliyin səbəbkarının ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirərək əsassız addımlar atan Fransa tərəfinin olduğu qeyd edilib.