Paşinyana mesaj: Putin Köçəryanı hələ dəftərindən silməyib

"Rusiya prezidenti Vladimir Putin Yeni il münasibətilə Avropa liderlərindən yalnız Serbiya prezidenti Aleksandr Vuçiçi və Macarıstanın baş naziri Viktor Orbanı təbrik edib".

Sherg.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə  Rusiyanın Ukraynaya qarşı işğalçı müharibə və üzləşdiyi sanksiyalar fonunda bu təbiidir. Kreml sahibinin Yeni il münasibətilə Ermənistanın keçmiş prezidentləri Robert Köçəryanla Serj Sərkisyanı təbrik etməsi də təbiidir:
"Putin bununla demək istəyib ki, Rusiya öz adamlarını unutmur. Putinin imkanı olsaydı baş nazir Nikol Paşinyanı devirib yaxın dostu Köçəryanı Ermənistanda hakimiyyətdə otuzdurardı. Ancaq Köçəryanın və Sərkisyanın erməni cəmiyyətində heç bir nüfuzu qalmayıb. Buna baxmayaraq, Putin Köçəryanı hələ dəftərindən silməyib. Bu Paşinyana mesajdır".