İrandan sonra Səudiyyə Ərəbistanı da  BRICS- ə qoşulub

Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasının yaratdığı iqtisadi birlik olan BRICS genişlənməyə davam edir.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, dünən İran rəsmi olaraq, bu gün isə Səudiyyə Ərəbistanı icmaya qoşulub.

Səudiyyə dövlət televiziyası ölkənin rəsmi olaraq BRICS ölkələri blokuna qoşulduğunu açıqlayıb.

Səudiyyə Ərəbistanının xarici işlər naziri Şahzadə Səud Əl Feysal 2023-cü ildə keçirilən BRİKS sammitində verdiyi açıqlamada krallığın təklif olunan 1 yanvar üzvlük tarixindən əvvəl detalları araşdıraraq müvafiq qərar qəbul edəcəyini bildirib.

Şahzadə Faysal bin Farhan  BRICS qrupunun iqtisadi əməkdaşlığı gücləndirmək üçün “faydalı və vacib kanal” olduğunu bəyan etmişdi.

BRİKS Səudiyyə Ərəbistanı, Argentina, Birləşmiş Ərəb Əmirlikləri, Efiopiya, İran və Misirin üzvlük ərizələrini qəbul edib və avqust ayında üzvlükə dəvət edib.

Səudiyyə Ərəbistanının üzv olması ABŞ və Çin arasında geosiyasi gərginliyin və Çinin ölkə daxilində təsirinin artdığı bir vaxta təsadüf edir.