Xaricdəki seçicilərin siyahıya alınması məqsədilə seçki dairələrinin siyahısı təsdiqlənib

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında ölkə hüdudlarından kənarda səs verən seçicilərin siyahıya alınması məqsədilə müvafiq seçki dairələrinin siyahısı müzakirəyə çıxarılıb.
Bu barədə MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.
Rövzət Qasımov deyib ki, Xarici İşlər Nazirliyi artıq xaricdə olan seçicilərin siyahısını MSK-ya təqdim edib. Ölkə hüdudlarından kənarda səs verən seçicilərin siyahıya alınması məqsədilə müvafiq seçki dairələrinin siyahısına 15 saylı Yasamal Birinci, 16 saylı Yasamal İkinci, 17 saylı Yasamal Üçüncü və 19 saylı Nərimanov Birinci seçki dairələri daxildir.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.