Prezident seçkiləri ilə bağlı qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı açıqlanıb

Bu günə qədər növbədənkənar prezident seçkiləri ilə əlaqədar qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı açıqlanıb.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib.
Onun sözlərinə görə, MSK-da 242, dairə seçki komissiyalarında 14 281 yerli müşahidəçi qeydiyyatdan keçib.