Məzahir Pənahov: Fəaliyyətimizi hər zaman mikroskopla araşdırırlar ki, bizə irad tutsunlar

Fəaliyyətimizi hər zaman mikroskopla araşdırırlar ki, bizə irad tutsunlar.
Bunu bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin prezident seçkilərində fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, hər zaman fəaliyyətlərini elə qururlar ki, qanunvericilik baxımından irad tuta bilməsinlər: “Bizim fəaliyyətimiz çoxluğun fikrinin ortaya qoyulması ilə əlaqədardır”.