Rusiyanın təyyarəsi raketlə vurulub -Açıqalama
Yusif Nəzərli
03:53 25.01.2024
Gündəm
462
Moskva baş vermiş hadisəyə görə Kiyevi ittiham edir
Təyyarə qəzasının nədən baş verdiyini ancaq obyektiv və neytral üçüncü tərəf müəyyənləşdirə bilər
Rusiyanın Belqorod vilayətində İl-76 təyyarəsi qəzaya uğrayıb. Təyyarənin göyərtəsində dəyişdirilmək üçün Belqorod vilayətinə aparılan Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 hərbçisi, 6 ekipaj üzvü və onları müşayiət edən 3 nəfər olub. Rusiya Müdafiə Nazirliyi İl-76 hərbi nəqliyyat təyyarəsinin Ukrayna silahlı qüvvələri tərəfindən Xarkov vilayəti ərazisindən vurulduğunu açıqlayıb. Təyyarənin Xarkov vilayətinin Liptsi yaşayış məntəqəsində yerləşən zenit-raket sistemindən istifadə edilərək vurulduğu qeyd olunub. Ukrayna tərəfi isə təkzib edib və bildirib ki, əsirlərin mübadiləsi ilə bağlı heç bir razılaşma olmayıb və vurulan təyyarədə S-300 raketlərinin olduğu məlumatı daxil olub. Lakin daha sonra Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin və Koordinasiya Qərargahının nümayəndəsi Andrey Yusov vurğulayıb ki, yanvarın 24-də Rusiya-Ukrayna arasında əsirlərin mübadiləsi baş tutmalı idi. Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin İl-76 hərbi-nəqliyyat təyyarəsinin qəzaya düşməsi ilə əlaqədar ABŞ və Almaniyaya müraciət hazırlayacaq. Dumanın hərbi komitəsinin rəhbəri Andrey Kartapolov isə deyib ki, göyərtəsində 65 ukraynalı hərbi əsirin olduğu İl-76 üç Patriot və ya İris-T raketləri ilə vurulub. Qeyd olunub ki, göyərtəsində 80 ukraynalı hərbi əsirin olduğu başqa bir İl-76 təyyarəsi də həmin istiqamətdə uçub, lakin məlum insidentdən sonra, həmin təyyarə geri qaytarılıb.
AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli "Şərq"ə açıqlamasında bildirib ki, müharibənin gedişində tərəflərin səhvən başqa obyektləri, təyyarələri vurması mümkündür. Ekspert deyib ki, belə hallarda tərəflərin bir-birini qarşılıqlı ittiham etməsi də normaldır: "Neçə il bundan qabaq Ukrayna Qara dənizdə hərbi təlimlər keçirərkən yanlışlıqla Rusiyanın sərnişin təyyarəsini vurmuşdu. O zaman Rusiya bunu çeçenlərin üzərinə atmışdı, çünki Rusiya-Çeçenistan savaşı gedirdi. Amma sonradan ABŞ-nin kosmosdan müşahidələri göstərdi ki, rus təyyarəsini vuran Ukraynadır. Eyni zamanda sovetlər zamanında Cənubi Koreyanın sərnişin təyyarəsi vurulmuşdu. O baxımdan Rusiya-Ukrayna müharibəsinin gedişində bu kimi halların baş verməsi ehtimalı böyükdür. Rusiyada müəyyən qüvvələrin bu qəzada əli olsa belə, Moskva baş vermiş hadisəyə görə Kiyevi ittiham edəcək. Həmçinin Ukrayna özü səhvən təyyarəni vuraraq ukraynalı hərbi əsirlərin ölümünə səbəb olsa belə, təbii olaraq bunu etiraf etməyəcək və düşməni Rusiyanı günahlandıracaq. Təyyarə qəzasının nədən baş verdiyini ancaq obyektiv və neytral üçüncü tərəf müəyyənləşdirə bilər. İndiki halda faciəli olayın dəqiq araşdırılması Rusiya və Ukraynanın öz vicdanlarına qalıb".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünya çempionatı: Uşanqi Kokauri finala yüksəldi - YENİLƏNDİ
15:21 10.10.2026
İdman
Ermənistanda hərbçi odlu silah yarasından ölüb
14:30 10.10.2026
Hadisə
Şahbaz Şərif İlham Əliyevə zəng edib
14:17 10.10.2026
Gündəm
“Bunu başqa yolla da həll edə bilərəm” - Tacirdən xəbərdarlıq
13:18 10.10.2026
Mədəniyyət
135 min nəfərlik nəhəng stadion inşa edilir
13:15 10.10.2026
İdman
Panamada zəlzələ: 27 nəfər xəsarət alıb, 400-dən çox bina zədələnib
12:58 10.10.2026
Dünya
Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanıldı
12:57 10.10.2026
Hadisə
90 gündən çox gecikdirilən kreditlərlə bağlı dəyişiklik
12:52 10.10.2026
İqtisadiyyat
ABŞ-da atışma nəticəsində 5 nəfər öldü
12:47 10.10.2026
Dünya
Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı
12:39 10.10.2026
İdman
Yağışlı hava qəzaya səbəb ola bilər: DYP-dən vacib çağırış
12:16 10.10.2026
İnfrastruktur
35 yaşından sonra yürüşə başlayanlar nələrə diqqət etməlidir?
11:39 10.10.2026
Sağlamlıq
Türkiyədə 3 400 il əvvələ aid kral arxivi aşkarlanıb
11:33 10.10.2026
Tarix
Venger FİFA prezidentliyinə namizəd ola bilər
11:15 10.10.2026
Futbol