Seçki koalisiyası aralıq hesabatını açıqladı - Təkliflər var!

7 fevral 2024-cü il tarixinə təyin edilmiş Azərbaycan Respublikasının Prezidentinin növbədənkənar seçkilərinin monitorinqinin həyata keçirilməsi məqsədilə yaradılmış  Seçki Müşahidə Təhlil Qrupu koalisiyası aralıq hesabatını yayıb. Hesabatda prezident seçkilərinin vaxtından əvvəl keçirilməsinin səbəbləri, seçki öncəsi ölkədəki ictimai-siyasi vəziyyət, söz, mətbuat azadlığı, seçki məntəqələrinin, eləcə də yerli və xarici müşahidəçilərin ümumi statistikası, KİV və rəqəmsal media platformasında aparılmış monitoriniqin ilkin nəticələri öz əksini tapıb. Bununla yanaşı, hesabatda  prezidentliyə namizədlərin təşviqat aparmaq və maliyyə almaq  kimi imkanlarını seçki məcəlləsinin bəzi maddələrinin,  həmçinin ölkədəki real siyasi vəziyyətin çərçivəyə aldığı vurğulanır. 
Koalisiya növbədən kənar prezident seçkilərinə dair  yekun hesabatında seçki prosesinin təkmilləşdirilməsinə dair təkliflərlə çıxış edəcəyinin bildirir.
Aydın Baxış