Nazir: AŞPA-nın ölkəmizə qarşı qərəzli mövqeyini qətiyyətlə pisləyirik

"AŞPA-nın ölkəmizə qarşı qərəzli və qəbul edilməz mövqeyini qətiyyətlə pisləyirik".
APA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu qəzərin əsas səbəbi ölkəmizin öz ərazi bütövlüyünü, suverenliyini bərpa etməsidir.
"AŞPA-dakı nümayəndə heyətimizin rəhbəri mövqeyimizi açıq şəkildə ifadə edib. AŞPA-nın ölkəmizdəki proseslərlə bağlı müxtəlif rəyləri hər zaman mövcud idi, buna da adekvat cavablar verilirdi. Lakin bu işçi proses sistemli şəkildə təşkil olunmuşdu".