"İnanırıq, gələcək çox gözəl olacaq, inşallah!"
"Prezidentliyə namizədlərin əksəriyyəti çox uğurlu çıxışları ilə seçkiyə rəng qatmağı bacardılar. Kimlər ki, müxtəlif bəhanələrlə seçkidə iştirakdan yayındılar, onlar xalqa yaxşılıq etmədilər, əksinə, Azərbaycana diş qıcayan qüvvə və paytaxtlara “stavka” etmiş oldular".
"Sherg.az"ın xəbərinə görə, bu barədə tanınmış jurnalist, siyasi şərhçi Elşad Paşasoy deyib.
Ekspert bildirib ki, bu seçkilərdə iştirak Azərbaycana töhfə idi:
"Onlar da prosesə qatılıb, digər namizədlər kimi, ölkənin, vətəndaşın problemləri ilə bağlı çıxışlar etsəydilər, həll yollarını göstərsəydilər, bunun nəyi pis idi? Ölkəmizin üstünə AŞ-la, nə bilim xaş-la gələnlərin susdurulması üçün vacib addım olardı. Vətən Savaşının 7 fevralında namizəd kimi, seçici kimi iştirak, 6 milyondan artıq seçicinin iradəsini ortaya qoymaq olduqca vacib idi. Bu, həm də "Biz birik, birliyimizi kimsə poaz bilməz" -mesajı olardı. Bütün digər iddiaları Xankəndi, Xocalı...və digər ərazilərimizdəki səsverməyə qurban vermək bacarığı tələb olunurdu. Etmədi bəziləri... İlham Əliyevsə bacardı, bəzilərinin şübhələrini alt-üst edərək, Xankəndi üzərinə bayrağımızı sancmağı da, Xankəndidə seçici olaraq səsverməyə qatılmağı da! Şübhə etmirəm ki, seçkinin favoriti və qalibi digər 6 namizədin səsləndirdiyi təklifləri diqqətdə saxlayacaq, mövcud problemlərin həlli istiqamətində addımlar atacaq. 7 fevraldan sonra Azərbaycan yeni eraya adlayır. İnanırıq, gələcək çox gözəl olacaq, inşallah!