İran səfirliyi Xocalı soyqırımı ilə bağlı başsağlığı verib

İranın Azərbaycandakı səfirliyi Xocalı soyqırımı ilə bağlı başsağlığı verib.
Bununla bağlı diplomatik missiyanın "X" hesabında paylaşım edilib.
"İran İslam Respublikasının Bakıdakı səfirliyi Xocalı faciəsinin 32-ci ildönümü münasibəti ilə bir daha dost və qardaş Azəırbaycan xalqına başsağlığı verir, faciə qurbanlarının yaxınlarının dərdinə şərik olduğunu bildirir", - paylaşımda qeyd olunub.