Şaxələndirmə haqqında danışdıqda bizim mövqeyimiz hər zaman belə olub və indi də belədir ki, şaxələndirmə nəinki təchizat marşrutlarının, həmçinin mənbələrin şaxələndirilməsi olmalıdır.
Bu sözləri Prezident İlham Əliyev martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında deyib.
Prezident qeyd edib ki, bu gün Avrasiyadakı geosiyasi vəziyyət bizim görəcəyimiz işlərin vacibliyini göstərir.