Tansu Çillər: "Yalandır, Can Yüceldən mənə şeir yazmasını istəməmişəm"

Keçmiş baş nazirlərdən Tansu Çillər sosial mediada “Can Yücelə zəng edib ona şeir yazmasını istəyib” iddialarının yalan olduğunu bildirib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Çillər verdiyi yazılı açıqlamada Türkiyənin parçalanmaya əsaslanan siyasətlə məşğul olanlara görə bir-birinə böhtan atan düşmən partiyalara çevrildiyini bildirib.

Nəticədə insanların siyasi olaraq məntiq və həqiqət hüdudları xaricində qarayaxma hədəfinə çevrildiyini bildirən Çillər qeyd edib ki,  bu vəziyyətlər bölünməni daha da dərinləşdirir: "Sosial mediada Can Yücelə zəng edərək "Mənə bir şeir yaz" dediyim ifadə bunun ən bariz nümunələrindən biridir. Tamamilə həqiqətə uyğun deyil. Bu iddia mənə və mərhum Can Yücelə qarşı açıq böhtandır" .