Fitso Azərbaycan Prezidentini Slovakiyaya səfərə dəvət edib

Azərbaycan qonaqpərvərliyi ilə məşhurdur. Qonaqpərvərliyinə görə təşəkkür edirəm.
APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə geniş tərkibli görüşdən sonra Slovakiya Respublikasının Baş naziri Robert Fitso mətbuata birgə bəyanatında bildirib.

Robert Fitso Azərbaycan Prezidentini münasib vaxtda Slovakiyaya səfərə dəvət edib.