Mirzoyan: Ermənistan Cənubi Qafqazda dayanıqlı sülhə nail olmaq öhdəliyinə sadiqdir

Ermənistan Cənubi Qafqazda dayanıqlı sülhə nail olmaq öhdəliyinə sadiqdir.
APA-nın “Armenpress”ə istinadən xəbərinə görə, bunu adıçəkilən ölkənin xarici işlər naziri Ararat Mirzoyan Avropa Şurası Nazirlər Komitəsinin 133-cü iclasında deyib.

Mirzoyan qeyd edib ki, Azərbaycanın xarici işlər naziri ilə mayın 10-11-də Almatıda keçirilən görüşdən sonra Ermənistan Alma-Ata bəyannaməsində qeyd olunduğu kimi, ərazi bütövlüyünün qarşılıqlı tanınması, Alma-Ata bəyannaməsi əsasında dövlət sərhədinin delimitasiyası prosesi, həmçinin bərabərlik və qarşılıqlılıq prinsipləri əsasında iki ölkənin suverenliyi və yurisdiksiyası altında regional kommunikasiyaların açılması prosesi əsasında Cənubi Qafqazda sabit və möhkəm sülhə nail olmaq öhdəliyini təsdiqləyir.