İndoneziya Prezidenti Azərbaycan dövlət başçısına təbrik ünvanlayıb

İndoneziya Respublikasının Prezidenti Coko Vidodo Prezident İlham Əliyevə təbrik ünvanlayıb.

Sherg.az xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Gününün 106-cı ildönümü münasibətilə Zati-alinizə böyük məmnuniyyətlə İndoneziya Respublikasının hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Bu xüsusda icazə verin İndoneziya ilə Azərbaycan arasındakı dostluq münasibətlərinə görə Sizə səmimi təşəkkürümü bildirim. Əldə edilən nailiyyətlər dövlətinizin uğurlu siyasətinin təsdiqidir. İnanıram ki, xalqlarımızın qarşılıqlı olaraq bir-birinə təklif edəcəyi çox məsələlər var və əməkdaşlığımızın ölkələrimiz üçün əhəmiyyətli faydalar hasil edəcəyinə əminəm.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə bir daha dərin ehtiramımı ifadə edirəm".