Pakistan Milli Assambleyasının spikeri Azərbaycana səfər edəcək

Pakistan parlamentinin spikeri Azərbaycana səfər edəcək.
Bu barədə Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar İslamabadda azərbaycanlı həmkarı ilə birgə mətbuat konfransında deyib.

O bildirib ki, Pakistan Milli Assambleyasının spikeri Sərdar Ayaz Sadiq iyun ayında Azərbaycana səfər edəcək.