Kobaxidze: “Xarici təsir” qanununun qəbulu beynəlxalq tərəfdaşların məğlubiyyəti kimi qəbul edilməməlidir

Xarici təsirin şəffaflığı haqqında qanunun qəbul edilməsi nə hakimiyyətin qələbəsi, nə də opponentlərin və beynəlxalq tərəfdaşların məğlubiyyəti hesab edilməlidir, qanunun qəbulu ilə yalnız Gürcüstan qalib gəldi.

APA-nın Tbilisi müxbiri Gürcüstanın İctimai telekanalına istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında deyib.

Hökumət başçısı bildirib ki, indi qanun qüvvədədir və hamı soyuqqanlılıqla, praqmatik hərəkət etməli və lazımsız emosiyaları bir kənara qoymalıdır.

Kobaxidze Gürcüstanda qeyri-şəffaf maliyyələşmə əsasında “liberal-faşist” əməllərin törədildiyini, bu ideologiyanın klassik faşizmdən və bolşevizmdən az təhlükəli olmadığını, gürcü mədəniyyəti ilə bir araya sığmadığını əlavə edib.