Səfir: Rəsmi Kiyev Azərbaycanın COP29-a ev sahibliyi etməsini dəstəkləyir

Ölkəmizə göstərilən hərtərəfli yardımlara görə, Azərbaycan tərəfinə Ukrayna hökuməti adınan təşəkkür edirəm.
APA xəbər verir ki, bunu Ukaynaynın Azərbaycandakı səfiri Yuriy Husyev bu gün səfirlikdə keçirilən brifinqdə söyləyib.

O deyib ki, ölkəsi xüsusilə də enerji sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır:

"Ümid edirik ki, xüsusilə də enerji sahəsində əməkdaşlıq daha da dərinləşəcək. 2022-ci ildən bu günədək enerji sistemimizə Azərbaycan 9 milyon dollar yardım edib. Bunun nəticəsində enerji sahəsində yaranan problemləri müəyyən dərəcədə kompensasiya etmək mümkün olub. Azərbaycanla Ukrayna iqtisadiyyatın bütün sahələrində əməkdaşlıqda maraqlı olduğunu təsdiq edir. Bu xüsusda son dövrlər Azərbaycandan Ukaynaya meyvə-tərəvəz ixracı artıb. İlk gündən Azərbaycan Ukraynaya minlərlə ton humanitar yardım edib. Azərbaycanın enerji sektoruna yardımları nəticəsində enerji sahəsində yaranan problemləri müəyyən dərəcədə kompensasiya etmək mümkün olub".

Səfir rəsmi Kiyevin Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflər Konfrasının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsini dəstəklədiyini vurğulayıb:

"Bu məsələ ötən həftə ekologiya nazirimizin Azərbaycana səfəri zamanı sizin nazirlə görüşdə də diqqət mərkəzində olub. Xüsusilə Ukrayna "Orta dəhliz" layihəsində iştirak etməkdə maraqlıdır. Əminliklə deyə bilərəm ki, qarşıda strateji sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur".