Türkiyə və Qətər regional məsələləri müzakirə ediblər

Türkiyə xarici işlər nazirinin müavini Nuh Yılmaz Qətərin Xarici İşlər Nazirliyi yanında xarici işlər üzrə dövlət naziri Məhəmməd bin Əbdüləziz bin Saleh Əl-Huleyfi ilə regional məsələləri müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə XİN-in sosial şəbəkə hesabında bildirilib.

“Xarici işlər nazirinin müavini Dr. Nuh Yılmaz Qətərin Xarici İşlər Nazirliyi yanında dövlət naziri Məhəmməd bin Əbdüləziz bin Saleh Əl-Hüleyfi ilə onlayn iclas keçirib. İclasda ikitərəfli münasibətlər və regional hadisələr müzakirə edilib”, – paylaşımda qeyd olunub.