Bakının İrəvanla barışığını dəstəkləməyə hazırıq

Rəsmi Moskva Bakının İrəvanla barışığını dəstəkləməyə hazır olduğunu təsdiqləyir.

Axar.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

Nazir müavini qeyd edib ki, Rusiya Azərbaycan və Ermənistanın xarici işlər nazirləri – Ceyhun Bayramov və Ararat Mirzoyanın mayın 10-11-də Qazaxıstanda sülh müqaviləsinin hazırlanması məqsədilə keçirilən görüşünü müsbət qiymətləndirir:

“Bu, tərəflərə Cənubi Qafqazda sülh və sabitlik yolunda irəliləmək imkanı verdi. Bu istiqamətdə daha bir mühüm addım atılıb”.

O, qeyd edib ki, Moskva artıq iki dəfə - 2023-cü ilin may və iyul aylarında Bakı ilə İrəvan arasında sülh danışıqlarına ev sahibliyi edib:

“Rusiya bundan sonra da ona iki qardaş xalqın barışmasına hərtərəfli dəstək verməyə, regionun bütün ölkələrinin təhlükəsizliyini, tərəqqisini təmin etmək üçün qarşılıqlı məqbul və balanslaşdırılmış həllərin axtarışına kömək etməyə hazırdır”.