Siyarto Macarıstanın Aİ Şurasına sədrliyi dövründəki prioritetlərini açıqlayıb

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ölkəsinin Avropa İttifaqı Şurasına sədrliyi dövründəki prioritetlərini açıqlayıb.

APA-nın məlumatına görə, Siyarto Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib ki, ölkəsinin önə çəkəcəyi əsas məsələ Avropa İttifaqının Balkan regionunadək genişləndirilməsindən ibarətdir.

“Avropa İttifaqı Şurasına sədrlik edəcək Macarıstanın üç prioritet var. Biz nəhayət, Avropa İttifaqını Balkan regionunadək genişləndirmək istəyirik. Orada üç dövlət var ki, illərdir bu quruma üzv olmağı gözləyir.

Digər prioritet qanunsuz miqrasiyaya qarşı mübarizədir. Macarıstan ərazisinə kimlərin buraxılmasına qərarı yalnız hökumət verə bilər. Bunu nə Berlin, nə də Brüssel edə bilər. Bunun üçün düşünülmüş yanaşma lazımdır. Burada siyasi və ideoloji məsələlər siyasi məsələlərdən kənarlaşmalıdır”, - Siyarto qeyd edib.