Rusiya BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb

Rusiya iyun ayının 14-də BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb.

APA xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin Telegram kanalında məlumat verilib.

Məlumatda Rusiyanın iclas çağırmasının səbəbi kimi, Qərb ölkələrinin Ukraynaya verdikləri silahlarla Rusiya Federasiyasının ərazisini vurmaq barədə rəsmi Kiyev üçün yaşıl işıq yandırması göstərilir.