İlham Əliyev Qazaxıstana səfər edəcək

Bu il Qazaxıstanda iki tədbir var, mən də onlara dəvət almışam. Çox minnətdaram.

Axar.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə söyləyib.

“Qasım-Jomart Kemeleviçin iştirak edəcəyi iki tədbir də var - Şuşada və Bakıda. Ancaq bununla yanaşı, başqa platformalarda da əlaqələrimiz olacaq. Biz razılaşdıq ki, mütəmadi səfərlər edək. Əlbəttə ki, dövlət səfəri xüsusi statusdur, amma həm də işgüzar səfərlər çərçivəsində əlaqələri daim davam etdirməliyik”, - deyə dövlət başçısı bildirib.