Misir dövlət başçısı: İlham Əliyevin səfəri ikitərəfli əlaqələri gücləndirəcək

Azərbaycan Prezidenti İlham Əliyevin səfəri ikitərəfli əlaqələri gücləndirəcək.

“Report”un Qahirəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi Prezident İlham Əliyevlə birgə mətbuat konfransında deyib.

O, həmçinin Azərbaycanı COP29-a sədrliyi münasibətilə təbrik edib.

Əbdülfəttah əs-Sisi vurğulayıb ki, onunla Azərbaycan Prezidenti İlham Əliyev arasında aparılan danışıqlar iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın dərinləşməsinə xidmət edəcək.

Onun sözlərinə görə, müzakirələr zamanı regional məsələlərə diqqət yetirilib: “Qəzzaya humanitar yardımın genişləndirilməsi məsələləri də müzakirə olunub”.