Butan Kralı Bakıda keçiriləcək COP29-a dəvət edilib

Butan Kralı Ciqme Kxesar Namqyal Vanqçuk bu ilin noyabr ayında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edilib.
“Report”un məlumatına görə, bu barərə Krala etimadnaməsini verən səfir Elçin Hüseynli deyib. 
O, Kralla söhbət zamanı 12-13 noyabr tarixlərində Bakıda keçiriləcək İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitində iştirak məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Butan Kralına dəvət məktubunun ünvanlandığını diqqətə çatdırıb.