Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.
 “Sherg.az” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.
O təklif edib ki, 16 saylı Yasamal 2-ci dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü Əliyeva Lamiyə Fərhad qızının təyin edilsin: “Eyni zamanda, 44 saylı Sumqayıt, 70 saylı Neftçala, 117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairələrinin də bir sıra dairə seçki komissiyalarının də həlledici səs hüquqlu üzvlüyünə təyinatlar olub”.