Vlada Galan: Bu bizim Azərbaycanda iştirak etdiyimiz 7-ci seçkidir

Bu bizim Azərbaycanda iştirak etdiyimiz 7-ci seçkidir.


APA xəbər verir ki, bu fikirləri ABŞ-nin “ORACLE ADVISORY GROUP” təşkilatının nümayəndəsi Vlada Galan 1 sentyabr parlament seçkiləri öncəsi keçirilən mətbuat üçün brifinqdə deyib.

“Parlament seçkiləri öncəsi keçirilən sorğu 3000 respondentin iştirakı ilə həyata keçirilib. Sorğu 29 iyul-9 avqust tarixlərində baş tutub. Respondantlerin 10 faizi 70 yaşdan yuxarı olduğu halda, 17 faizi 28-29 yaş aralığında olub”,- xanım Galan əlavə edib.

Onun sözlərinə görə, sorğuda iştirak edənlərin 18 faizi 550 manata qədər, 18 faizi isə 300 manata qədər gəliri olanlar olub.

“Respondentlərin 66 faizi şəhər, 14 faizi kənd, 20 faizi isə nisbəyən daha kiçik şəhər sakinləri olub”.

Qurumun digər nümayəndəsi George Birnbaum isə seçki əhval-ruhiyyəsi məsələsinə toxunub.

“Respondentlərin 71 faizi Azərbaycanın hazırkı vəziyyətini yüksək, 20 faizi qənaətbəxş qiymətləndirdiyi halda, 9 faizi isə cavab verə bilməyib. Sosial duruma gəlincə, respondentlərin 89 faizi Azərbaycanda vəziyyətin yaxşı olduğunu bildirib”, - o deyib.

Qeyd olunub ki, Azərbaycanda söz azadlığının olduğunu respondentlərin 85 faizi müsbət qiymətləndirib.

ABŞ-nin “ORACLE ADVISORY GROUP” təşkilatının nümayəndəsi George Birnbaum 1 sentyabr parlament seçkiləri öncəsi keçirilən mətbuat üçün brifinqdə deyib ki, onların 10 faizi Azərbaycanda söz azadlığının olmadəğını deyib. 5 faiz isə cavab verməyib.

Əlavə olunub ki, respondentlərin 97 faizi Azərbaycanda insan hüquqlarının qorunduğunu deyib.

“2 faiz qorunmadığını bildirib. 1 faiz sualdan yayınıb”, - o deyib.