Məzahir Pənahov: Qarabağda seçki günü gedən proseslərə daha çox diqqət etmək lazımdır

Fiziki müraciət edən müşahidəçilərin hamısını akkreditasiyadan keçiririk. Onlara hələ rədd cavabı verilməyib.

Sherg.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, jurnalistlər isə ümumiyyətlə azaddırlar:

“Onlar öz vəsiqələrini təqdim etməklə bütün prosesləri işıqlandıra bilərlər. İndi də ikiqat jurnalistlərdən xahiş edirəm ki, səsvermə günü bizim üçün xüsusilə əziz olan Qarabağ bölgəsindən seçkiləri dünya ictimaiyyətinə çatdırın. Azərbaycanın suveren bütün ərazisində ilk dəfə parlament seçkiləri keçiriləcək. Qarabağda seçki günü gedən proseslərə daha çox diqqət etmək lazımdır. Orada xarici müşahidəçilərin fikirlərinə daha çox diqqət etmək lazımdır”.