Putin Hindistanın baş naziri ilə telefonla danışıb

Rusiya prezidenti Vladimir Putinlə Hindistanın baş naziri Narendra Modi arasında telefon danışığı olub.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. O, Putinin bu gün səhər Modi ilə telefon danışığı apardığını söyləyib.
Qeyd edək ki, Modi 4 gün bundan əvvəl Ukraynaya səfər edir və Kiyevdə prezident Vladimir Zelenski ilə görüşüb.