Pavel Durov daha 48 saat Fransa polisinin nəzarətində qalacaq

"Telegram" messencerinin yaradıcısı, milyarder Pavel Durovun saxlanma müddəti daha 48 saat uzadılıb.
APA xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.
Belə ki, o, kibercinayətlə bağlı istintaq çərçivəsində daha 48 saata qədər polis nəzarətində qalacaq.

Qeyd edək ki, Durov şənbə günü həbs edilib və ittihamlara terrorçuluq, narkotik alveri, dələduzluq, pedofiliya məzmununu yaymaq daxildir.