Respondentlərin əksəriyyəti Qarabağdakı zəfərin onların seçiminə tam təsir edəcəyini qeyd edib - SORĞU

Növbədənkənar parlament seçkilərində respondentlərin 88 faizi Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının namizədlərinə dəstək verəcəyini deyib.

APA xəbər verir ki, bu fikirləri növbədənkənar parlament seçkilərində “exit-poll” keçirən ABŞ-nin “ORACLE ADVISORY GROUP” təşkilatının nümayəndəsi George Birnbaum mətbuat üçün brifinqdə bildirib.

Onun sözlərinə görə, 96 faiz iştirakçı Qarabağdakı zəfərin onların seçiminə tam təsir edəcəyini qeyd edib: “70 faiz respondent seçkilərdə YAP-a səs verəcəyini bildirib. 6 faiz Müsavat Partiyasını, 4 faizi isə Real Partiyasını dəstəkləyəcəyini deyib”.