BRICS Türkiyəyə heç nə verməyəcək
04:31 19.11.2024
Siyasət
442
İndi Turan birliyini qurmaq vaxtıdır
Türkiyənin ticarət naziri Ömər Bolat bildirib ki, BRICS Türkiyəyə “tərəfdaş ölkə” statusu təklif edib. Türkiyənin BRICS-dən istədiyi bu deyildi. Türkiyə bu ittifaqın tamhüquqlu üzvü olmağı nəzərdə tuturdu. Üzv statusunun əvəzinə tərəfdaş ölkə statusunun təklif edilməsi BRICS tərəfindən Türkiyəyə qarşı arzuolunmaz davranışdır.
Siyasi şərhçi Bəybala Mirzəyev hesab edir ki, BRICS-in oktyabr ayında Kazanda keçirilən sammitində Çin, Rusiya, Hindistan və İranın Türkiyənin bu təşkilata üzvlüyünü əngəlləməsindən sonra Türkiyə rəhbərliyi ümumiyyətlə BRICS söhbətini birdəfəlik qapatmalıdır. Onun sözlərinə görə, bu ölkələrin heç biri Azərbaycan və Mərkəzi Asiya (Türküstan) ölkələri ilə birlikdə Turan birliyini yaratmağı hədəfləyən Türkiyəni öz yanlarında – BRICS birliyinin sıralarında görmək istəmirlər: "Turan birliyi adları çəkilən bu dörd ölkənin rəhbərlərinin ciddi narahatlığına səbəb olur. Onlar Turan birliyini BRICS-ə potensial rəqib gözündə görürlər. Türkiyə rəhbərliyi də sözügedən ölkələrin Türkiyəyə və Turan birliyinə qarşı bu cür məkrli münasibətini adekvat qiymətləndirməli və BRICS-in “elçi daşı”nda oturub gözləmək sevdasından əl çəkməlidir. Avropa Birliyinin (AB) qapısında uzun illər gözlədilən Türkiyə, BRICS-dən də özünə qarşı eyni münasibətin sərgilənməsinə əsla yol verməməlidir. Çünki Türkiyə qapıda gözlədiləcək ölkə deyil. Düzdür, Türkiyə rəsmiləri hesab edirlər ki, BRICS-ə girmək Türkiyəyə kifayət qədər qazanc gətirəcək. Ancaq bu, yanlış yanaşmadır. Bir təşkilat üzvlük müraciətini geri çevirib, bunun əvəzində sənə sadəcə “tərəfdaş ölkə” statusu ölkə təklif edirsə, burada qazancdan söhbət gedə bilməz. Türkiyə AB-nin və BRICS-in qapısında vaxt itirməkdənsə, üzünü Türk dünyasına çevirməlidir. İndi Türk Birliyini (Turan birliyini) qurmaq vaxtıdır. Bu iş artıq hava-su kimi zərurətə çevrilir. Türkiyə tarixin ona verdiyi fürsəti düzgün dəyərləndirməlidir. Yeni dünya düzəninin formalaşdığı bu kritik mərhələdə Türkiyə dayaq nöqtəsini və yüksək inkişaf perspektivini Şərqdə, Qərbdə yox, məhz Türk dünyasında axtarmalıdır".
Oxşar xəbərlər
Azərbaycan - Özbəkistan münasibətləri çoxşaxəli strateji tərəfdaşlıq modelinə çevrilir -ANALİZ
12:09 24.08.2026
İsmail Cingöz: İlham Əliyevin Özbəkistan səfəri Türk dünyasının gələcək siyasi və iqtisadi quruluşu baxımından strateji əhəmiyyət daşıyır
09:21 24.08.2026
Həm Özbəkistan, həm də Azərbaycan üçün çox böyük və mühüm bir mərhələ başlayır -Şərh
21:44 23.08.2026
Xəbər lenti
Hamısına bax
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur
Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev
18:38 24.08.2026
Gündəm
Bu il 44 min uşaq bağçalara qəbul olunub
18:14 24.08.2026
Elm və Təhsil
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
18:12 24.08.2026
Aktual