Zelenski anlayır ki, sərhədləri əvvəlki vəziyyətinə qaytarmaq qeyri-mümkündür - Fuad Abbasov
Yusif Nəzərli
18:17 02.12.2024
Siyasət
401
Vladimir Zelenski Yaponiyanın "Kyodo" agentliyinə verdiyi müsahibədə etiraf edib ki, Ukrayna Silahlı Qüvvələri itirilmiş əraziləri geri qaytarmaq iqtidarında deyil.
“Ordumuzun buna gücü çatmır, bu doğrudur”, – deyə o, müvafiq sualı cavablandırıb. Zelenski həmçinin əlavə edib ki, Ukraynadakı münaqişə “çətin dövrə” daxil olub.
Qeyd edək ki, Zelenski əvvəllər israr edirdi ki, Ukrayna münaqişəni 1991-ci il sərhədlərinə qayıdana qədər davam etdirməlidir. Lakin son həftələrdə həm o, həm də onun ofisinin rəhbəri Andrey Yermak bunun mümkün olmadığını etiraf etməyə başlayıblar.
Sözügedən açıqlamanı "Sherg.az" üçün dəyərləndirən siyasi analitik Fuad Abbasov bildirib ki, Ukraynada iki qütb arasında müharibə gedir:
“ABŞ-ın başçılıq etdiyi Qərb bloku ilə Rusiya mərkəzli Şərq bloku Ukraynada mübarizə aparır. Soyuq müharibə dövründə Koreyada, Əfqanıstanda və Vyetnamda olduğu kimi. Qeyd edim ki, Əfqanıstan müharibəsində əfqanlar, Vyetnam müharibəsində isə vyetnamlılar nə qədər döyüşkən xalq olsalar da, onlara rəqiblərini zəiflətməyə çalışan iki güc mərkəzindən birinin dəstəyi olmasaydı, özlərindən qat-qat güclü ordulara qarşı dayana bilməzdilər. Zelenski də yaxşı başa düşür ki, sərhədlərin 1991-ci il vəziyyətinə qaytarılması qeyri-mümkündür. Hətta sərhədlərin müharibədən əvvəlki vəziyyətinə gətirilməsi də olduqca çətindir. Çünki Rusiya qan tökülən Luqansk, Donetsk, hətta Odessanı da əlində saxlamağa cəhd edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Orhan Gencebayın həyatı film olacaq
16:16 09.12.2025
Mədəniyyət
Tramp: Ukraynada seçki keçirilsə, o, qalib gələ bilər
16:04 09.12.2025
Dünya
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub
15:58 09.12.2025
Rəsmi
“Neftçi”nin baş məşqçisi vəzifəsinə təyinat olub
15:46 09.12.2025
Futbol
Yaqub Mahmudovun yetirmələrinin sayı 80-ə çatdı
15:40 09.12.2025
Tarix
Yaşlılıq əlaməti sanıb keçməyin!- DƏHŞƏTLİDİR
15:36 09.12.2025
Sağlamlıq
Metro "Qarabağ"ın oyununa görə 01:00-a qədər açıq olacaq
15:31 09.12.2025
Futbol
Bütün dünya belə yatır! Meyvənin turşuluğu belə önəmlidir
15:15 09.12.2025
Sağlamlıq
Zelenski Papayla görüşdü
14:44 09.12.2025
Dünya
Putin Lavrova yeni müavin təyin edib
14:30 09.12.2025
Dünya
Lukaşenko TŞ-nin iclasını çağırdı
14:24 09.12.2025
Dünya
Türkiyədən iki şəhər dünya siyahısında yer alıb
14:11 09.12.2025
Maraqlı
Pensiya alanların nəzərinə!
14:10 09.12.2025
Sosial
Afaq Həbibinin “Harmoniya”sı - SOLO SƏRGİ
14:02 09.12.2025
Mədəniyyət