Zelenski: Dönüş nöqtəsindəyik, Avropa özünü qlobal oyunçu kimi təsdiqləməlidir

ABŞ-nin Avropa üçün əvəzsiz müttəfiq olduğu aydındır, bəs ABŞ-da kimsə Avropanın nə vaxtsa onları tərk edəcəyindən, müttəfiqi olmağı dayandıra biləcəyindən narahatdırmı? Cavab mənfidir.

APA-nın Davosa ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Davos İqtisadi Forumunda Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.

“Prezident Tramp Avropanın fərqinə varacaqmı? O, NATO-nu zəruri hesab edirmi və Avropa İttifaqı institutlarına hörmət edəcəkmi? Avropa öz müttəfiqləri üçün ikinci və ya üçüncü olmalı deyil.. Bu baş verərsə, dünya Avropasız irəliləməyə başlayacaq. Bu, bütün avropalılar üçün faydalı olmayacaq. Avropa prioritetlər, ittifaqlar və texnoloji inkişafda birincilik uğrunda rəqabət aparmalıdır. Biz daha bir dönüş nöqtəsindəyik, bəziləri bunu Avropa üçün problem kimi görür, bəziləri isə şans adlandırır. Avropa özünü güclü qlobal oyunçu, əvəzolunmaz oyunçu kimi təsdiq etməlidir”, - deyə Vladimir Zelenski bildirib.