Rusiya-İran-Fransa üçbucağının yaranma ehtimalı yoxdur - ANALİZ
Yusif Nəzərli
22:04 17.03.2025
Gündəm
545
"Azərbaycan strateji müttəfiqi Türkiyə ilə birlikdə diplomatiya və digər resurslarını ABŞ-Rusiya anlaşmalarının doğura biləcəyi regional nəticələrə kökləyəcək. Çünki əksər regionlar Tramp-Putin danışıqları və mümkün sövdələşmələrin ağırlığını hiss edir".
Bu barədə Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Aqşin Kərimov deyib. Ekspert bildirib ki, böyüyən və qlobal oyunçu statusu qazanan Türkiyə hər yerdə maraqları olan bir aktor kimi daha diqqətli yanaşmalara məcburdur:
"Misal üçün, Serbiyadakı həssas durumun daha da tündləşməsi ilə Balkan regionunun problemləri arta bilər. Digər hədəf isə Macarıstandır. Balkan regionu Türkiyə xarici siyasətində kritikliyi ilə seçilir. Bundan əlavə göründüyü kimi, Avropada Azərbaycanın tərəfdaşlarına qarşı kampaniya güclənir və təbii ki, bu, ABŞ-Rusiya razılıqları üzrə qurulan tamaşadır. İranın Yəməndəki proksi qanadı Husilərə qarşı ABŞ-nin hava hücumları genişlənib və ehtimalla bu, Moskva ilə Vaşinqton arasındakı Yaxın Şərqdəki sövdələşmə istiqamətlərinin göstəricilərini verir.
Hərçənd ki, Husilər təkcə İrandan deyil, Rusiya və Çin şəbəkələrindən də dəstək alır. ABŞ Husilərə qarşı əməliyyatlarla Rusiya və Çinlə dəniz resursları uğrunda mübarizəni davam etdirir. Lakin Rusiya ilə sövdələşmənin bəndləri İrana qarşı effektiv təzyiq kimi daha aktuallıq kəsb edir. Üstəlik, bu yaxınlarda Çinin Tayvan ətrafında hərbi hərəkətliliyini artırması Vaşinqtonla Pekin arasındakı mümkün güzəşt sahələrini müəyyən etməyə imkan verir".
Analitikə görə, bununla belə Vaşinqton-Pekin əlaqələrində xeyli mübahisələr var və ehtimalla Tramp Çinin Cənubi Qafqazda da profilini gücləndirməsi faktı ilə barışmaq istəmir:
"Deməli, ABŞ ilə Çinin digər rəqabət meydanı Cənubi Qafqazdır və məsələ burasındadır ki, bu iki gücdən biri hazırda Ermənistana dəstəkdən uzaq qaçırlar. Ukraynadakı vəziyyət fonunda Avropanın təhlükəsizlik gələcəyi, Cənubi Qafqaz regionu, Yaxın Şərq və Çinin hərəkətlərinin doğuracağı beynəlxalq nəticələr diqqətlə izlənilir. Nikol Paşinyanın Ermənistanı qorumaq instinktləri Yaxın Şərqdə məğlub olan İranın Cənubi Qafqazda aktiv siyasət yürütməsinə nail olmağa çalışmağa əsaslanır. Lakin Paşinyanın Rusiya-İran-Fransa üçbucağı yarada bilmək ehtimalları yoxdur. Buna baxmayaraq, Azərbaycan sülh gündəmindəki yanaşmalarını daha geniş bir ölçü ilə yenidən prioritetləşdirəcək. Azərbaycanın Rusiya, ABŞ, İranla danışıqlar əsnasında Ermənistanın təhlükəsizlik zəmanətlərini Türkiyə ilə birlikdə yaratmaq səylərini aydınlaşdıracaq. Bu, Zəngəzur dəhlizinin açılması üçün yaranmış geosiyasi məqamlarda açar ola bilər. Ancaq Cənubi Qafqazda ABŞ ilə Rusiyanın bir-birlərinin təsirlərini cilovlamaq üçün əvvəlki illərdəki kəskin rəqabəti indi konstruktiv sövdələşmələrlə əvəzlənir. Bu, yeni konyunktura yaradılması və onun nüfuz dairələrinə bölünməsi səylərinin bir hissəsidir. Azərbaycan həmin konyunkturada belə çox güclü əl olacaq, lakin Fransa və İranın Ermənistana əhatəli müttəfiq yanaşmaları getdikcə daha zəifləyəcək".
Oxşar xəbərlər
SEPAH: ABŞ-ın Bəhreyndəki helikopter bazasındakı radara PUA zərbəsi endirilib - YENİLƏNİB
12:23 15.11.2026
Rumıniyanın Qara dəniz sahilləri yaxınlığında üç ticarət gəmisinə PUA zərbəsi endirilib
10:24 15.11.2026
Xəbər lenti
Hamısına bax
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı
Dörd bürcə XƏBƏRDARLIQ: daha diqqətli olmalıdırlar
09:05 15.11.2026
Cəmiyyət
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
08:53 15.11.2026
Aktual
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb
08:11 15.11.2026
Dünya
“Salman Xan 6 həftə məni qorudu” - Oksana Rəsulova
07:59 15.11.2026
Şou
Z nəsli qızları keçəlləşmə təhlükəsi ilə üz-üzədir
07:23 15.11.2026
Sağlamlıq