
Köçəryan fəallaşır, ehtimal ki...
08:27 22.05.2025
Siyasət
359
Eks-prezidentin rəhbərliyi altında Ermənistanı yeni mitinq dalğası bürüyəcək
Ermənistanın ikinci Prezidenti Robert Köçəryan yenidən fəallaşıb. O, bir tərəfdən Rusiyanı müdafiə edən bəyanatlar verir, digər tərəfdən isə Baş nazir Nikol Paşinyana qarşı ağır ittihamlar irəli sürür. Maraqlıdır ki, Köçəryanın fəallaşması Kremlin Paşinyana qarşı siyasi təzyiqləri artırdığı bir dövrə təsadüf edir. Son çıxışlarının birində isə o, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistana yardım etməməsini Paşinyanın Moskvaya qarşı siyasəti ilə əlaqələndirib. Köçəryan bildirib ki, KTMT onlara kömək etmədi, çünki Paşinyan bu təşkilatın onurğa sütunu olan Rusiya ilə münasibətləri pozdu: "Belə olan halda, niyə bizə kömək etməli idi?".

Ermənistanda revanşistlərin yenidən fəallaşmasını "Şərq"ə dəyərləndirən politoloq Zeynal Əmrəliyev deyib ki, köçəryanların son dövrdə fəallaşması həm müxalifətin vahid liderliyini əldə tutmaq, həm də Paşinyana qarşı xarici dəstəyi əldə etmək üçün əhəmiyyətlidir. Analitikin qənaətincə, 2024-cü ildə keşiş Baqrat Qalstyan Paşinyana qarşı küçə nümayişləri başlatsa da, sonunu gətirə bilmədi:
"Müxalifət qrupu getdikcə əhali arasında olan dəstəyini də itirdi. Son zamanlarda keşiş Baqrat da yenidən fəallaşıb, yeni mitinqlərin başlanacağı haqqında bəyanatlar verir. Eyni zamanda Xankəndindən İrəvana gəlmiş keçmiş separatçılar da Ermənistan daxilində özlərinin "siyasi hərəkatı"nın yaradılmasına çalışırlar. Bu isə Köçəryanın istəyinə uyğun deyil. Keçmiş prezident bütün vasitələrdən istifadə edərək oğlu Levon Köçəryanın müxalifətin önünə keçməsini və Paşinyandan narazı olan qrupların məhz onun liderliyi altında birləşməsini istəyir".
Siyasi şərhçiyə görə, ikinci bir məsələ isə son zamanlarda Paşinyan hökumətinin Rusiya və Avropa ilə yaxınlaşma siyasətidir:
"Robert Köçəryan özünün prezidentliyi dövründə xarici işlər naziri olmuş Vardan Oskanyanın vasitəsilə Avropa ölkələri ilə təmaslar qurmağa çalışır. Oskanyanın son zamanlarda artan Avropa səfərlərinin əsas məqsədi məhz Paşinyana qarşı mübarizəsinin təşkil edilməsi ilə bağlıdır. Eyni zamanda Köçəryan özü də Rusiyadakı keçmiş əlaqələrindən istifadə edərək oğlunun xeyrinə dəstək əldə etməyə çalışır. Ehtimal ki, Levon Köçəryanın rəhbərliyi altında Ermənistanı yeni mitinq dalğası bürüyəcək. Paşinyan isə son açıqlaması ilə keçmiş prezidentin oğluna atasının yenidən həbs olunma ehtimalı ilə bağlı xəbərdarlıq edir. Baş verənlər göstərir ki, Levon atasının azadlığı və öz gələcək siyasi karyerasi arasında seçim etməli olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taylandda qəribə hadisə: Ev iti evə əl qumbarası gətirdi
23:24 11.07.2026
Hadisə
İspaniya şahzadəsinin üçillik hərbi xidməti başa çatdı
22:47 11.07.2026
Dünya
Linda Noskova “Uimbldon” turnirinin qalibi olub
22:33 11.07.2026
İdman
Tramp müayinə nəticələrini açıqladı
22:22 11.07.2026
Dünya
Ukraynada briqada komandiri axtarışa verilib
22:14 11.07.2026
Dünya
Türkiyə Ukraynanı Ankoric razılaşmalarını dəstəkləməyə çağırdı
22:11 11.07.2026
Dünya
Korrupsiya əməliyyatı: Bələdiyyə sədri saxlanıldı
21:57 11.07.2026
Region
Gürcüstan DİN-in şöbə rəisinə elektron qolbaq taxılıb
21:41 11.07.2026
Region
Paşinyan dövründə də hüquqi biabırçılıqlar bitməyib - TƏHLİL
21:11 11.07.2026
Gündəm
İsrail Livanın cənubunda “Hizbullah” obyektlərinə zərbələr endirib
21:07 11.07.2026
Dünya
Ukrayna Donetsk bölgəsində Rusiya təlim poliqonuna zərbə endirib
20:47 11.07.2026
Dünya
İsrail mətbuatından Türkiyə etirafı: “Ağır zərbə aldıq”
20:08 11.07.2026
Gündəm
Rusiya Suma zərbə endirdi, ölənlər və yaralananlar var
19:54 11.07.2026
Dünya
UEFA reytinqi: Azərbaycan klubları neçəncidir?
19:42 11.07.2026
Futbol