Uşakov: Paşinyanla görüşdən sonra Azərbaycan nümayəndə heyəti ilə danışdıq - YENİLƏNİB

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Kreml rəhbəri ilə Ermənistan Baş naziri Nikol Paşinyanın görüşünü şərh edib.

Teleqraf xəbər verir ki, iki ölkə lideri Şanxay Əməkdaşlıq Təşkilatının sammitində görüşüblər.

Y. Uşakov onların ətraflı söhbət etdiklərini bildirib və vurğulayıb ki, görüş zamanı Rusiya ilə ABŞ arasında son təmasları müzakirə olunub.

Görüşdə Putin Ermənistanın baş naziri ilə “söhbətə şad olduğunu” bildirib, çünki müzakirə ediləsi bir çox “ikitərəfli və regional” məsələlər toplanıb.

Y.Uşakov o məqama da toxunub ki, V.Putin Azərbaycan Prezidenti İlham Əliyevlə hələ danışmayıb, lakin Rusiya və Azərbaycan nümayəndə heyətlərinin üzvləri artıq əlaqə saxlayıblar.


***

17:58

"Ermənistan və Rusiya arasında mövcud olan əməkdaşlıq və dialoqdan məmnunam".

Teleqraf xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüş zamanı deyib.

“Bizim həmişə çox sıx və dolğun gündəliyimiz olur. Bu günkü gündəlik də istisna deyil. İkitərəfli əməkdaşlıq və dialoqdan çox şadam. Bizim şəxsi, həmçinin qardaş ölkələrimiz arasında çox aktiv dialoq mövcuddur”, – Paşinyan görüşdə qeyd edib.

Görüş zamanı tərəflər həm ikitərəfli əməkdaşlıq, həm də regiondakı aktual məsələlər barədə fikir mübadiləsi aparıblar.