ABŞ sülh prosesində Brüsseli dəstəkləyir
ABŞ sülh prosesində Brüsseli dəstəkləyir
Yusif Nəzərli
09:20 10.03.2023
Siyasət
441
Ancaq bunun özü Vaşinqtonun sülh tərəfdarı olduğunu göstərir
“Əgər ABŞ və ya Aİ sülh sazişinin imzalanmasına nail olsa, bölgədə Rusiyanın təsiri azalacaq”
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun bölgəyə səfəri yekunlaşıb. O, Bakıda Prezident İlham Əliyevlə, İrəvanda Baş nazir Nikol Paşinyanla görüşüb, fikir mübadiləsi aparıb. Bono görüşləri bitirdikdən sonra “Azərbaycanla Ermənistanın sülh müqaviləsinin mətnini özlərinin hazırlamasını istəyirik” fikrini səsləndirib. Birbaşa dialoq nəticəsində müsbət nəticə əldə olunacağı qənaətində olduğunu deyib: “Çünki hər hansı uzunmüddətli, davamlı və balanslı sülh yalnız hər iki tərəfin səyləri ilə mümkündür”. Ekspertlərə görə, Vaşinqton Bononun diliylə Bakı ilə İrəvana vasitəçi olmadan dialoqu genişləndirməyi təklif edib. Hazırda 3 vasitəçi var - Moskva, Brüssel və Vaşinqton.
Politoloq Turab Rzayev "Şərq"ə açıqlamasında bildirib ki, ABŞ bölgədə hansı ölkənin təxribata əl atdığını, gərginlikdə maraqlı olduğunu çox yaxşı bilir. Ekspert vurğulayıb ki, tərəfləri sakitliyə, sülhə səsləyən Amerika və Avropa rəsmilərinin Bakıya səfərlərini Azərbaycana dəstək kimi dəyərləndirmək olar: "Ən azından sülh prosesinə dəstək kimi xarakterizə etmək olar ki, elə rəsmi Bakının da əsas istəyi bölgədə sülhün bərqərar olmasıdır. Hazırda bir sıra dövlətlərin davranışlarından görünür ki, onlar regionda münaqişəyə, qanlı müharibəyə meyillidir. Onlardan biri sərhəd qonşumuz İrandır. Tehran rejiminin bütün hərəkətləri ilə təxribata çalışdığı göz önündədir. Qarabağdakı təxribatların arxasında isə Rusiya dayanır. Rusiya XİN başçısı Sergey Lavrovun Azərbaycana səfərindən sonra bəlli oldu ki, Moskva ilə Bakının mövqeləri üst-üstə düşmür. Qarabağda vəziyyətin gərgin qalmasında Kremlin də marağı var. Moskva hansısa formada Azərbaycanı Ermənistan, yaxud İranla toqquşdurmaq niyyətindədir. ABŞ öz nümayəndəsini regiona göndərərək bu meyillərin qarşısını almağa çalışır. Eyni zamanda bölgədə öz ağırlığını göstərməyə çalışır. Düzdür, ABŞ sülh prosesində birbaşa iştirak etmir və Brüsseli dəstəkləyir. Ancaq bunun özü Vaşinqtonun sülh tərəfdarı olduğunu göstərir. Əgər ABŞ və ya Aİ prosesi irəli apara bilsə, sülh sazişinin imzalanmasına nail olsa, bölgədə Rusiyanın təsiri azalacaq. Moskvanı da qorxudan budur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qalibaf: Tramp İranı təslim olmağa məcbur etmək istəyir
20:00 29.04.2026
Region
Bayramov Uruqvayın XİN rəhbərinin müavini ilə görüşdü
19:45 29.04.2026
Siyasət
Bu halda İrana qarşı hərbi variant nəzərdən keçiriləcək...
18:46 29.04.2026
Dünya
Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
18:38 29.04.2026
Gündəm
Naxçıvanda duz istehsalı bərpa olunub
18:30 29.04.2026
Ölkə
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
17:52 29.04.2026
Gündəm
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
17:41 29.04.2026
Sağlamlıq
Ərdoğan: PKK ilə mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib
17:39 29.04.2026
Gündəm
Danışıqlar görüntüdür, proses müharibəyə gedir - Siyasi ekspert
17:36 29.04.2026
Gündəm
Ermənistan seçkiləri regionun gələcəyini müəyyən edəcək - ANALİTİK
17:19 29.04.2026
Gündəm
Yaqub Mahmudovun yeni kitabı çapdan çıxdı
17:19 29.04.2026
Elm və Təhsil
Uçan taksilər: 2 saatlıq yolu 10 dəqiqəyə gedir
16:57 29.04.2026
Sosial
İlham Əliyev Fərman imzaladı
16:56 29.04.2026
Gündəm
"Neftçi" "Qarabağ"a görə cərimələndi
16:43 29.04.2026
Futbol